XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 13:22

“Hamı ilə birlikdə döşəməyə uzandım, şokdaydım…” –Öldürülən səfirin xanımı

marina-sefirin-xanimi

Dünən Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova ərinin qətlindən danışıb.

Marina hadisənin baş verdiyi vaxt – Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında ərinin yanında olub.

"Andreyin çıxışı zamanı bir neçə dəfə atəş açıldı. Mən hamı ilə birlikdə döşəməyə uzandım. Sərgidə insanlar çox idi. Biz hamımız şoka düşmüşdük. Artıq xəstəxanaya getdiyimiz vaxt özümə gəldim. Ərim artıq ölmüşdü. Ona 11 dəfə atəş açdılar.

Mühafizə prinsip etibarilə, ümumiyyətlə, yox idi. Yalnız tərcüməçi bəzən müşayiət edirdi. Ankara meri, Səhiyyə Nazirliyinin əməkdaşları xəstəxanaya gəldilər. Onlar uzun müddət danışdılar və sonra mənə bildirdilər ki, ərim ölüb. Mən şokda idim. Birdən pis oldum. Ərim heç kəsə heç bir pislik etmirdi, heç kəs heç vaxt onu hədələmirdi. Bizim fotosərgiyə gedəcəyimizi çoxları bilirdi, çünki tədbir qabaqcadan planlaşdırılmışdı", – o, Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlarına ifadəsində deyib.

O, hazırda həkimin müşahidəsi altındadır.

Qeyd edək ki, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib. Hücumda ağır yaralanan səfir xəstəxanada həyatını itirib.

Publika.az