XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2016 - 15:37

“Hər kəs cəzasını alacaq” –Lavrovla Çavuşoğlu bir araya gəldi (FOTOLAR)

lavrov-cavusoglu

Türkiyədə rus səfirinin öldürülməsindən sonra hər iki ölkənin Xarici işlər naziri Rusiyada görüşüb.

Sergey Lavrov və həmkarı Mövlud Çavuşoğlu səfir Andrey Karlovun ölümünün hər iki ölkənin münasibətini pozmağa yönəldiyini deyib. Rusiya XİN rəhbəri səfirin qətlini alçaq terror hadisəsi adlandırıb.

O, hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyəyə minnətdar olduğunu deyib.

Həmkarı ilə söhbət zamanı Mövlud Çavuşoğlu bildirib ki, bu terror aktının törədilməsi və təşkil edilməsinin bütün təfərrüatları tezliklə aydınlaşdırılmalıdır.

O, “Andrey Karlovun ölümündə günahkar olan hər kəs cəzasını alacaq. Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı veriləcək”, – deyib(Qafqazinfo).

Lavrov və Çavuşoğlu görüşdü -  “Hər kəs cəzasını alacaq...”