XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 17:24

“Burada başıma heç bir iş gəlməyəcək” –Azərbaycanda Rusiya səfirliyinin mühafizəsi gücləndirildi

rusiya-sefirliyi-azerbaycan

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən sonra RF-nin Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin RF-nin MDB-dəki sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

V.Doroxin qeyd edib: "Mən Azərbaycana inanıram və inanıram ki, burada başıma heç bir iş gəlməyəcək".

Səfir bu çətin məqamda dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

trend