"MDB ölkələrinin liderləri nüfuzları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə çalışırlar".
Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin jurnalistlərə açıqlamasında deyib.
"Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədrlərdən yalnız bir ölkə – Rusiya MDB-də təmsil olunur. Odur ki, vasitəçilər beynəlxalq səviyyəlidir, MDB-də isə bu münaqişə barədə bilirlər" – səfir söyləyib.
Onun sözlərinə görə, Belarus, Qazaxıstan və digər MDB ölkələrinin liderlərinin mövqeyi elədir ki, onlar nüfuzları, təsir dairələri ilə münaqişənin həlli üçün çalışırlar.
Report