XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 18:38

“Biz, bu dəhşətli hadisədən son dərəcə hiddətlənirik” –İlham Əliyev

ilham-merkel-esas

Azərbaycan prezidentiİlham ƏliyevAlmaniya kansleri Angela Merkelə başsağlığı verib.

Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Federal Kansler, Berlində törədilmiş qanlı terror aktı nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, dinc insanlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizədə birgə səylər göstərilməsini vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

APA