XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2016 - 18:46

Belarusun baş naziri:"Azərbaycan nefti Rusiya neftini əvəz edə bilər"

andrey-kobyakov

"Rəsmi Minsk Rusiya neftinin alternativ axtarmaq məcburiyyətindədir. Azərbaycan nefti Rusiya neftini əvəz edə bilər".

Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Belarusun baş naziri Andrey Kobyakov həmin agentliyə müsahibəsində bildirib.

"Bu, təkcə 2016-cı ilin ikinci yarısından başlayaraq neft təchizatı məhdudiyyətləri ilə bağlı olan meyl deyil. Bu, Rusiya Federasiyası hökuməti tərəfindən alınan qərarların nəticəsidir", – deyə Andrey Kobyakov bildirib.

Baş nazir vurğulayıb ki, enerji sektorunda Belarus-Rusiya münasibətlərini pis hesab etmir. "Bizi yalnız qazın qiymət maraqlandırmır, hərçənd, bu, mühüm məsələdir. Rusiyanın Belarusa yaxın bölgələrində qazın qiyməti 2.5 dəfə aşağıdır".

A.Kobyakov bildirib ki, enerji təchizatı şərtlərinə dair Rusiya ilə danışıqlar 2015-ci ilin yayından gedir.

M,Rzasoy