XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2016 - 19:21

Zakir Həsənov müavinləri ilə generalları topladı –Praktik döyüş məşqləri (FOTOLAR)

zakir-hesenov-nazirlik-toplanti

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilir.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazirin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edib.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb, aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən vəzifələri bir daha xüsusi vurğulayıb.

Toplantıya qatılan heyət təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlərdə iştirak edib.

İştirakçılardan ümümqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı biliklər üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb. 

Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.