XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 22:53

ABŞ Rusiyaya qarşı sərtləşdi –Sanksiyaların siyahısı genişləndirildi

ABŞ

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Sanksiya siyahısına 7 fiziki şəxs, 8 təşkilat və iki tankerin ("Marşal Jukov” və "Stalinqrad” tankerləri-red.) əlavə edildiyi bildirilir.  

Həmçinin, "Novatek” şirkətinə qarşı daha əvvəl tətbiq edilmiş sanksiyalar dəqiqləşdirilib.  Belə ki, sanksiya siyahısına şirkətin 26 törəmə qurumunun hamısı daxil edilib.

Xatırladaq ki, ötən həftə Aİ liderləri də Rusiyaya qarşı sanksiyaların müddətini iyulun 31-dək uzadıblar.   

APA