XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2016 - 00:20

Çavuşoğlu ilə Kerri arasında telefon danışığı:"Bu qətlin arxasında FETÖ dayanıb"

kerri-cavush

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında FETÖ-nun dayandığını bildirib.   

Kerri, öz növbəsində, baş vermiş hadisədən kədərləndiyini bildirib.

Tərəflər daha sonra Suriya vəziyyətlə bağlı fikir mübadiləsi aparıb(APA). 

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.