XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

12 Sentyabr 2015 - 12:03

“Diplomat qiyamı” davam edir: Daha bir diplomatımız Avropaya sığındı

xin.JPG

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov həmin ölkədən siyasi sığınacaq istəyib.

Bu barədə məlumatı “aznews.az” saytı yayıb. Saytın yazdığına görə, N.Cəfərov konsul vəzifəsindən azad edilərək, Bakıya çağırılıb. Amma o, Bakıya qayıtmaqdan imtina edib və olduğu ölkədən sığınacaq istəyib.

Sayt yazır ki, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, “üsyankar diplomat” Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır. Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostu ilə əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işiylə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.

Bu arada “modern.az” saytı Hesablama Palatasından öyrənib ki, bu il Azərbaycanın Belçika və Niderlan Krallıqlarındakı səfirliklərinin, Avropa Şurası (Strasburq) və NATO yanında daimi nümayəndəliklərinin fəaliyyəti ilə bağlı audit tədbirləri həyata keçirilib. Avropa Şurası yanında nümayəndəliklə bağlı yoxlama materialları Baş Prokrorluğa göndərilib, digər iki nəzarət tədbiri üzrə isə Xarici İşlər Nazirliyinə müraciət edilib.