XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2016 - 19:26

Prezident sabiq səfirlərə vəzifə verdi –Sərəncam

elxan-poluxov

Bu gün Prezident İlham Əliyev yeni təyinatlara imza atıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elxan Poluxov 2011-cü ildə Azərbaycanın Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

O, eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edirdi.

Ancaq bu ilin oktyabrında o, prezidentin sərəncamı ilə geri çağırılmışdı.

****

Prezidentin digər sərəncamı ilə isə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xatırladaq ki, o da bu ilin oktyabr ayında Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.

Strateq.az