XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 22:00

Səfirin qatili niyə öldürüldü? –Ərdoğan açıqladı

erdogan

"Rusiya səfirinə sui-qəsdin bağlantıları FETÖ-nu göstərir. Qatil FETÖ teror təşkilatının mənsubudur. Bunu gizlətməyə gərək yoxdur. Çox açıq və konkret demək zorundayam. Silahlı qüvvələrimizin içində olduğu kimi, polis təşkilatımızın içində bu kirli örgüt hələ var".

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan Kosovanın prezidenti ilə görüşündən sonra jurnalistlər qarşısında açıqlayıb.

Onun sözlərinə görə, FETÖ üzvlərinin təmizlənməsi əməliyyatı davam edir.

Prezident Karlovun qatilinin niyə öldürülməsinə də aydınlıq gətirib:

"Həssas durumdayıq. Karlovun belə bir sui-qəsdə qurban getməsi bizləri üzüb. Türkiyədəki vəzifəsi zamanı müstəsna diplomatlardan biri olaraq onu tanıdım. Türkiyənin daxili işlərinə müdaxilə etmədən,Türkiyə-Rusiya əlaqələrini yüksəltməyə, gəlişdirməyə çalışan bir diplomat idi. O biri (Yəni qatil – red) isə bədəlini ödədi.

İndi bəziləri niyə onun canlı yaxalanmadığını deyir. Canlı yaxalamağa çalışılıb. Bəzən o ani vəziyyətdə başarıqlı ola bilmirsiz.  Bu sui-qəsdçi əlini o biri tərəfinə doğru aparanda, "bomba çıxacaq" əndişəsiylə onu vurma məcburiyyətində qalıblar".

Prezident bildirib ki, bundan sonrakı proses Rusiyadan gəlmiş istintaqçılarla birgə aparılacaq: 

"İnanıram ki, ən qısa zamanda nəticə detallı ortaya çıxarılacaq. O qatilin ölkə xaricindəki bağlantıları haqda da ip ucları var. MİT və istintaq orqanlarımız çalışmalarını sürdürür. Son nəticəni açıqlayacağıq".

F.ƏHMƏD