XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 20:57

Binyamin Netanyahu:“Suriyada vətəndaş müharibəsi bitməyəcək”

netanyahu

 

“Suriya məsələsinin həllini görə bilmirəm. Əsla vahid bir xoşbəxt Suriya olmayacaq, buna şübhə yoxdur. Bəs, birləşmiş bir Suriya ola bilərmı? Bundan da şübhə edirəm. Orada böyük tələlər var və bu tələlərin ortadan qaldırılmaqda olduğunu düşünmürəm".

Strateq.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu bildirib.

İsrail mətbuatında yer alan xəbərlərə görə, Netanyahu İsrail Mətbuat Ofisində xarici jurnalistlər şərəfinə təşkil etdiyi Yeni il görüşündə jurnalistlərin sualına cavab verərkən, Suriyadakı vətəndaş müharibəsi bitirərək əvvəli status-kvonu təmin edəcək sülh şəraitini xəyal edə bilmədiyini də sözlərinə əlavə edib.