XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 00:38

“Ceyş əl-Fəth” səfirin qətlində rollarını rədd etdi –Açıqlama

karlov-lw-qatille

“Ceyş əl-Fəth” ("Fəth ordusu") hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE Intelligence Group təşkilatı məlumat verib.

Məlumata əsasən, qruplaşma bundan əvvəl yayılan məlumatları saxta adlandırıb.

Xatırladaq ki, dünən “As-Sumariya” telekanalı xəbər verib ki,  “Ceyş əl-Fəth”  hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

“Ceyş əl-Fəth” ("Fəth ordusu") Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə “Əl Nüsra Cəbhəsi”, “Əhrar-uş-Şam”, “Liva əl-Haqq”, “Şam Legionu”, “Cund əl-Aksa”, “Ceyşül Sünnət” və “Əcnəd əl-Şam” qrupları daxildir.

Xatırladaq ki, dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində Rusiyanın Türkiyədəki səfiri A.Karlov qətlə yetirilib.