XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 08:25

“Fərat qalxanı”nda ən ağrılı gün:Türkiyə 14 əsgərini itirdi

 

firat

Dünən Türkiyə “Fərat qalxanı” əməliyyatı çərçivəsində indiyə qədər ən ciddi itkisini verib.

Strateq.az Türkiyə Silahlı Qüvvələri rəsmi açıqlamasına istinadən xəbər verir ki, dünənki döyüşlərdə 14 əsgər şəhid düşüb, 33 hərbçi isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Əməliyyatın 120-cı günündə verilən bu itki “Fərat qalxanı”nda qeydə alınan ümumi şəhid sayının, hardasa, yarısına bərabərdir. Bildirildiyinə görə, indiyədək 35 Türk əsgəri bu əməliyyat zamanı həyatını itirib.

Dünən döyüşlərdə İŞİD də ciddi itkilərə məruz qalıb. TSQ-nin məlumatına görə, 138 “xilafət” döyüşçüsü məhv edilib.

İŞİD də dünənki döyüşlər haqqında məlumat yayıb. Onun iddiasına görə, əvvəllər xəstəxana kimi fəaliyyət göstərən İŞİD qərargahı uğrunda mübarizədə TSQ və Azad Suriya Ordusu 50 əsgərini itirib və hücumun qarşısı alınıb.