XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2016 - 23:44

Ərdoğan:“Türkiyə tarixin ən çətin dönəmini yaşayır"

erdogan

"Mən buna inanıram ki, polisimiz, əsgərimiz, kənd qoruyucularımız, bir sözlə, millətimiz bu terroru bərabər bitirəcək".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə terrora qarşı mübarizədə tarixin ən çətin dönəmini yaşayır. Terror qruplaşmaları gözlərini qan və kin bürümüş şəkildə qarşılarına çıxan hər kəsi məhv etməyə cəhd edirlər. Mən inanıram ki, millətimiz terroru bitirəcək. Hər ulduz bir şəhiddir. Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa, vətəndir. 780 min kvadrat km-lik vətən. "Cənub-şərqdə belə olacaq, orada elə olacaq" deyənlər bədəlini ödəyəcək və ödəyir də”, – Ərdoğan bildirib.

Axar.az