XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2016 - 11:30

İŞİD-dən daha bir vəhşət –Girov götürülən iki türk əsgərini diri-diri yandırdılar

isid

İŞİD terror qruplaşması daha əvvəl girov götürdüyü 2 türk hərbçisini diri-diri yandırıb və bu barədə video yayıb.

Bu barədə "Turkey Blocks" monitorinq qrupu məlumat verib.

Dəhşətli video internetdə yayıldıqdan sonra Türkiyə dövlət orqanları sosial media saytlarına məhdudiyyətlər tətbiq edib.

Analoji məhdudiyyət Ankarada Rusiya səfiri Andrey Karlovun öldürülməsindən sonra da tətbiq olunmuşdu. 

Məlumatda keçən il ələ keçirilmiş 2 əsgərin Suriyanın Əl-Bab şəhərində edam edildikləri bildirilir. Hazırda bu yaşayış məntəqəsi uğrunda döyüşlər gedir. Türkiyə tərəfi çoxlu sayda İŞİD terrorçusunun məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında "Fərat qalxanı” adlı hərbi əməliyyat keçirir. Əməliyyatın əsas məqsədi Türkiyə ilə həmsərhəd bölgələri İŞİD və kürd terrorçularından təmizləmək və təhlükəsizlik zonaları yaratmaqdır. 

APA