XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 12:39

Putin nüvə yarışına start verdi:Qazanan isə ABŞ-ın silah sənayeçiləri olacaq

raket

Hər kəs Tramp hakimiyyətinin Rusiya ilə münasibətlərini normallaşdıracağını gözləsə də, iki liderin dünənki açıqlamaları onların “soyuq müharibə” dövründə olduğu kimi “nüvə silahı” yarışına girəcəklərini göstərir.

Strateq.az xəbər verir ki, həm Rusiya, həm də ABŞ prezidentləri dünən nüvə potensiallarını təkmilləşdirmək barədə fikir irəli sürüblər.

Bir-birinə verilmiş cavab kimi qiymətləndirilən bu “debatı” başladan isə Putin olub. O, Müdafiə Nazirliyinin toplantısında çıxış edərək bildirib ki, Rusiyanın strateji nüvə gücünün döyüş potensialını güçləndirməsi lazımdır: “İlk başda isə raketlər sahəsində.. Hal-hazırda var olan və gələcəkdə təkmilləşdirəcəyimiz,  bütün müdafiə sistemlərini deşib keçə bilən raketlər hazırlamalıyıq".

Putinə Trampın cavabı isə özünü çox gözlətməyib. Yeni prezident özünün Twitter səhifəsində yazıb: "Dünya özünə gələnə qədər ABŞ nüvə gücünü genişləndirməli və gücləndirməlidir".

Mütəxəssislər ABŞ-ın nüvə silahları infrastrukturunun artıq köhnəldiyini, modernizə edilməsi üçün isə növbəti 30 il ərzində 1 trilyon dollar xərcləməsinin vacibliyini bildirirlər.

Silahlanmaya Nəzarət Birliyinin iddiaları isə hər il silahlanmaya 100 milyarlarla dollar xərcləməsinə baxmayaraq, ABŞ-ın strateji silah sarıdan Rusiyadan geri qaldığından xəbər verir. İddiaya görə, ABŞ-ın 7 min 100, Rusiyanın isə 7 min 300 nüvə döyüş başlığı var. Üstəlik, dünyanın ən uzaqmənzilli raketləri də Rusiyadadır və onlardan əksəriyyəti müdafiə sistemlərini dəlib keçir

Putinin bununla razılaşmayıb, raketlərini təkmilləşdirməyə qərar verməsi onsuz da çətin vəziyyətdə olan Rusiya üçün ciddi iqtisadi yük olacağından real görünmür, sadəcə təbliğati anlam daşıması təəssüratını yaradır. Görünür, ABŞ silah sənayesinin də bu “təhdid”ə ehtiyacı olduğundan Putinin nüvə açıqlaması ələ düşən yaxşı fürsət kimi dəyərləndiriləcək. Bu mənada Trampın “hazırcavablığı” təsadüfi deyil.

Qeyd edək ki, NATO son zamanlar öz büdcəsini xeyli artıraraq, 918 milyarda çatdırmış və bu vəsaitin böyük qismi ABŞ-ın payına düşmüşdü. Vaşinqtonun vergiləri artıraraq, silahlanmaya yatırması ABŞ vətəndaşlarının etirazına səbəb olur, onlar NATO-nun bu qədər böyük büdcəyə niyə ehtiyac hiss etdiyini anlaya bilmirdilər. Putinin dünənki çıxışından sonra ABŞ silah sənayeçilərinin vətəndaşlara deyəcək arqumentləri yarandı.

Maraqlıdır ki, Tramp seçkiqabağı təşviqatında silahlanmaya qarşı ritorikadan istifadə edərək, hakimiyyətə gəlmişdi. İndisə onun özü nüvə silahı potensialını gücləndirməkdən danışır…

Heydər

Strateq.az