XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 13:26

Hərbçilərin maaşları gecikdirilir? –Müdafiə Nazirliyindən açıqlama

mudafie-n-1

Müdafiə Nazirliyi hərbçilərin maaşlarının gecikdirilməsi ilə bağlı mətbuat da yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, hərbçilərin maaşlarının gecikdirilməsi barədə bəzi saytlarda dərc olunan yazıların heç bir əsası yoxdur: “Dekabr ayı üçün Silahlı Qüvvələrin şəxsi heyətinə ödənilməsi nəzərdə tutulmuş pul təminatı tam həcmdə çatdırılıb. Hazırda bu sahədə heç bir problem mövcud deyil”. 

APA