XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 15:24

Putin ABŞ-a cavab verdi:"Biz Rusiyaya hücum edən istənilən ölkədən güclüyük"

putin

"Biz Rusiyaya hücum edən istənilən ölkədən güclüyük".

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin söyləyib.

O, Rusiyanın yeni sualtı gəmilər və təyyarələr hazırladığını bildirib.

Putin Amerika ordusunun ən güclü olması ilə bağlı mübahisə etmədiyini də söyləyib.

“Tramp bundan öncə də ABŞ-ın nüvə potensialını gücləndirəcəyini deyib. Məni daha çox təəccübləndirən ABŞ-ın hazırkı administrasiyasının Amerika ordusunun hər kəsdən güclü olduğunu sübut etməyə başlamasıdır. Bununla bağlı onsuz da heç kim mübahisə etmir”(Axar.az).

Xatırladaq ki, ABŞ Dövlət Departamenti sözçüsü Con Kirbi ABŞ ordusunun Rusiyadan qat-qat güclü olduğunu bəyan etmişdi:

“Fikrimcə, ABŞ Silahlı Qüvvələrinin peşəkarlığı, bacarığı və qabiliyyəti sübhə altına alına bilməz. Ölkəmizin hərbi mundir geyinmiş, bütün dünyada onun maraqlarını qoruyan qadın və kişilərlə fəxr etməyə tam haqqı var”, – deyə, o, qeyd edib.

Dövlət  Departamentinin sözçüsü hesab edir ki, bəşəriyyət tarixində ABŞ ordusu kimi döyüşkən, ağıllı, güclü, səriştəli rəhbərliyə və yaxşı təchizata malik hərbi qüvvə olmayıb.

Strateq.az