ABŞ-ın yeni prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən aldığı məktub haqqında danışıb.
Amerikalı lider bildirib ki, Putin ikitərəfli əməkdaşlığı genişləndirməyi və Rusiya-Amerika əlaqələrini yeni səviyyəyə gətirməyi təklif edib.
D. Tramp öz növbəsində bəyan edib ki, münasibətlərin bərpası üçün lazımi addımlar atılacaq.
Xatırladaq ki, ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkiləri respublikaçı Donald Tramp qalib gəlib. Yeni dövlət başçısının inaqurasiya mərasimi 2017-ci il yanvarın 20-də keçiriləcək.
Qafqazinfo