XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2016 - 13:49

ABŞ əks-təbliğat mərkəzi yaradır –80 milyon dollar ayrıldı

ABŞ

ABŞ Prezidenti Barak Obama “Müdafiə siyasəti haqqında” qanunu imzalayıb. Bu qanuna uyğun olaraq Pentaqonun 2017-ci ildə 619 milyard dollar nəzərdə tutulan büdcəsi təsdiq edilib. Bu barədə Ağ ev açıqlama verib.

Bildirilir ki, ABŞ-ın 2017-ci ildəki müdafiə büdcəsi 619 milyard dollar olacaq. Buraya, həmçinin ölkə xaricindəki əməliyyatlarda istifadə ediləcək 67 milyard dollarlıq müharibə büdcəsi də daxildir.

“Müdafiə siyasəti haqqında” qanun, həmçinin Dövlət Departamentinin tərkibində xarici təbliğat və dezinformasiya ilə mübarizə aparılması üzrə Mərkəzin yaradılmasını da nəzərdə tutur.

Bu Mərkəz ABŞ-ın milli maraqlarına qarşı yönəlmiş xarici dövlət və qeyri-dövlət təbliğatının aşakar edilməsi, ifşa olunması və mübarizə aparıması üzrə federal hökumətin səyərini əlaqələndirəcək.

2017-ci ildə dövlət büdcəsindən bu Mərkəzə 80 milyon dollar vəsait ayrılacaq. 2018-ci ildə də Mərkəzin bu həcmdə maliyyələşdirilməsi planlaşdırılır.

"Müdafiə siyasəti haqqında” qanun eyni zamanda “Sergey Maqnitski adına qanunun aliliyi və hesabatlılıq üzrə Akt”-nın dünyanın bütün ölkələrinə münasibətdə tətbiq olunmasını nəzərdə tutur. Bu Akta uyğun olaraq  ABŞ-ın Vaşinqtonun fikrincə, insan hüquqlarının pozulması və korrupsiya əməllərində günhakar olan şəxslərə qarşı bir tərəfli sanksiyalar tətbiq ediləcək.  Aktla müəyyənləşdirilən siyahıya daxil edilən şəxlərə ABŞ-a girişi qadağan olunacaq, onların qüvvədə olan vizaları ləğv ediləcək, əmlakları və bank hesablarına həbs qoyulacaq.

Bundan əvvəl isə Akt-ın təsir dairəsi yalnız Rusiya vətəndaşları ilə məhdudlaşırdı.

Strateq.az