XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2016 - 20:06

Gülən Obamanın qohumlarını pulsuz oxudub, seçkiyə böyük pullar xərcləyib –TBMM şok hesabat açıqladı

obama-fethullah-gulen

Türkiyə Böyük Millət Məclisi (TBMM) 15 iyulda dövlət çevrilişinə cəhdlə bağlı hesabat açıqlayıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, hesabatda ABŞ-ın prezidenti Barak Obama ilə bağlı diqqətçəkən şok məqamlar da var:

"ABŞ prezidenti Obamanın Kenyada yaşayan yaxın qohumları Fətullah Gülənə bağlı olan məktəblərdə oxuyublar. Onlar hətta təhsil haqlarından azad olunublar".

Hesabatda Fətullah Gülənə bağlı olan məktəblərin ABŞ-da sürətlə çoxalmasının səbəblərinə də toxunulub.

Bildirilib ki, bu məktəblər məhz Obamanın prezidentliyi dönəmində çox sürətlə artıb, genişlənib:

"Bundan başqa, FETÖ Obamanın prezident seçimi kampaniyasına da yaxından maddi və mənəvi dəstək verib. Obama prezident seçildikdən sonra isə Gülənin ABŞ üzrə imamı andiçmə mərasiminə də dəvət olunub, orada iştirak edib. Mərasimdən sonra isə FETÖ-yə bağlı olan məktəblər ABŞ-da çox böyük sürətlə genişləndi".

Hesabata görə, Fətullah Gülən və ona bağlı olan şəbəkə Hillari Klintonun seçki kampaniyasına da böyük məbləğdə maddi yardımlar edib.

Strateq.az