XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 12:10

Tramp:“İsrailin BMT-dəki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək”

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.

“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” – Tramp şənbə günü Twitter səhifəsində belə yazıb. “Çox pisdir, amma biz hər halda buna nail olacağıq”, – deyə o əlavə edib.