XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 13:32

BMT-nin baş katibinə şok ittiham –Pan Gi Mun rüşvət iddiasını rədd edir, ancaq...

Pan BMT

BMT Baş katibi Pan Gi Mun 2005-2007-ci illərdə 200 min dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Strateq.az "SBS News" xəbər portalına istinadla xəbər verir ki, baş katibin özü bu ittihamları rədd edir.

Koreyanın "Sisa Journal" nəşrinin iddiasına görə, Pan Gi Mun həmin pulu 2005-ci ilin yazında Vyetnam xarici işlər nazirinin Koreyaya səfəri şərəfinə təşkil edilən nahar ziyafətində alıb.

Rüşvəti verən isə "Taekwang" şirkətinin başçısı Park Yeon Çadır.

İkinci rüşvət isə 2007-ci ildə BMT-nin Nyu-Yorkdakı iqamətgahında Pan Gi Muna verilib.

Baş katib Pak Yong Ça ilə tanışlığını inkar edir.

"Mən onunla tanış deyiləm", – deyə, BMT-nin baş katibi bildirib.

M.Rzasoy