XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 14:39

Putin təyyarə qəzasında həlak olanların ailələrinəbaşsağlığı verdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

Vladimir Putin, həmçinin “Tu-154” təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə əlaqədar Baş nazir Dmitri Medvedevin başçılığı ilə dövlət komissiyasının təşkil olunması barədə tapşırıq verib.

Rusiya Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Sergey Kalaşnikov jurnalistlərə deyib ki, qəzaya uğramış təyyarə 33 ildir istismardadır. Lakin təyyarənin texniki nasazlığı onun uzunmüddətli istismarı ilə əlaqədar deyil.

Qəzaya uğramış “Tu-154” təyyarəsi 1983-cü ildə istehsal olunub, ümumilikdə 6689 saat uçub. Sonuncu dəfə 2014-cü ildə təmir edilib, bu ilin sentyabrında planda nəzərdə tutulmuş yoxlamadan keçib.

Rusiyanın federal telekanalları hadisə ilə bağlı proqramlarında dəyişiklik edərək əyləncəli proqramları efirdən çıxarıblar.

Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğradığı əraziyə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və dərin sularda axtarış aparılması sahəsində təlim keçmiş dalğıcları yola düşüblər.

FHN-in məlumatına görə, mütəxəssislər dərin sularda işləmək üçün avadanlıq, səyyar barokameralar və suyun altında idarə olunan “Falkon” aparatları ilə təchiz olunublar. Hazırda qəza yerində altı gəmi işləyir. Xilasetmə işlərinə daha üç gəminin cəlb ediləcəyi gözlənilir. Qəzada həlak olanların dördünün meyiti tapılıb(azərtac).