XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 15:42

“Xəbər məni sarsıtdı…” –Əliyev Putinə başsağlığı verdi

ilham-1

Prezident İlham Əliyev Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsində 84 sərnişin və 8 ekipaj üzvünün həlak olması ilə bağlı həmkarı Putinə başsağlığı verib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

"Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni sarsıtdı.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".