XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 December 2016 - 15:59

Rusiya təyyarəsi niyə qəzaya uğradı?- Xüsusi Komissiya ilkin versiyanı açıqladı

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya uğrama səbəbi ilə bağlı ilkin versiya açıqlanıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, xüsusi komissiya tərəfindən ilkin səbəb kimi göyərtədəki texniki nasazlıq göstərilir.

Məlumata görə, nasazlıq kritik həddə olub və önləmək mümkün olmayıb.

Hadisə ilə bağlı terror versiyası istisna edilir. 

Qəzanın pilotların səhvi ucbatından baş verməsi də ehtimal edilmir. Belə ki, ekipaj üzvləri kifayət qədər peşəkar və təcrübəli  olub. 

Hadisənin baş verdiyi vaxt hava şəraitinin də uçuşun həyata keçirilməsi üçün uyğun olduğu bildirilir.