XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 18:04

Təyyarə qəzasında ölənlərin yaxınlarına veriləcəkkompensasiya açıqlandı

Bu gün səhər Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə nə qədər kompensansiya ödəniləcəyi məlum olub.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbçilər istisna olmaqla, sərnişinlərin hər birinin ailəsinə 3 milyon rubl veriləcək.

Ölən hər bir hərbçinin ailəsinə ödəniləcək məbləğ isə 7,8 milyon rubl olacaq.

Bu barədə Rusiya Sığortaçılar Birliyinin prezidenti İqor Yurgens məlumat verib.

Qeyd edək ki, təyyarənin göyərtəsində ümumilikdə 92 nəfər olub. Onlardan 8-i ekipaj üzvləri, qalanları sərnişinlər olub.

Sərnişinlərdən də 9-u hərbçi olub.