Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin Qara dənizə düşməsi nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin axtarışları davam edir.
Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, axtarışa 27 gəmi, 4 vertolyot və 3 mindən çox xilasedici cəlb olunub.
Rusiya Müdafiə Nazirliyi hələ ki 92 nəfərdən 10-nun cəsədinin aşkarlandığını bildirib.
Axtarış bölgəsi 10 kvadratkilometr ərazini əhatə edir.