XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2016 - 10:35

“Tu-154″də həlak olan 92 nəfərdən 11-nin cəsədi tapılıb –Axtarış davam edir

teyyare

Dünən Rusiyanın "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən 11 nəfərin cəsədi tapılıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların cəsədləri Moskvadakı Çkalovski aeroportuna gətirilib: "Hazırda da Qara dənizdə axtarış tərbirləri davam edir"

Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 92 nəfər – 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub.