XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 December 2016 - 11:03

Bayramda Azərbaycanda 5 gün iş olmayacaq –Hökumətin qərarı

nazirler-kabineti

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni illə əlaqədar Azərbaycanda 5 gün qeyri-iş günü olacaq.

Strateq.az APA-ya istinadən məlumatına görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Ancaq 2016-cı il 31 dekabr tarixi şənbəyə, 1 yanvar 2017-ci il tarixi bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 3, 4 yanvar qeyri-iş günü olacaq.

Beləliklə, Yeni ildə Azərbaycanda ardıcıl olaraq 5 gün – 31 dekabr, 1, 2, 3, 4 yanvar qeyri-iş günüdür.