XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 11:59

Bərzanidən sensasion açıqlamalar:"İran İraq Kürdüstanının müstəqilliyinə qarşıdır"

berzani-necri

İraq Kürdüstanının baş naziri 2017-ci ildə müstəqillik elan etmək istədiklərini bildirib.

Strateq.az xəbər verir ki, bölgə hökumətininn başçısı Neçirvan Bərzani deyib:

"Mosulu azadetmə əməliyyatı başlamazdan əvvəl biz, İraq və ABŞ arasında üçlü saziş imzalanıb. "Haşd əl-Şabi"nin bu savaşa qatılmasında problem yoxdur. Lakin bu qurumun məqsədi ilə razılaşmırıq".

N.Bərzani fikrinin davamında deyib:

"Haşd əl-Şabi" qüvvələrinin Mosul əməliyyatında indiyə qədər etdikləri yardımlara hörmət duyuruq, amma onların Təlafər əməliyyatına qatılmaq istəmələri yaxşı fikir deyildi".

Bölgə hökumətinin baş naziri Heydər Əl-İbadiyə müstəqil olmaq istədiklərini rəsmən söylədiyini bildirib:

"Kürdlər İraqın ərəb cəmiyyəti ilə bütünləşmədilər. Mən İraqın baş naziri Heydər Əl-İbadi ilə Kürdüstanın müstəqilliyini danışan ilk şəxsəm. Bağdad ölkədə sabitlik istəyirsə, Kürdüstanın müstəqilliyi bunun yeganə yoldur".

N.Bərzani Türkiyə ilə həmin məsələni müzakirə etməyi lazımlı bilir: "2017-ci ildə bu müzakirələri başlatmasını planlaşdırırıq. Bu mövzu əvvəllər Türkiyə üçün "qırmızı xətt" idi, amma indi belə bir müzakirənin başlamasının mümkün olduğuna inanıram. İran isə İraqın ərazi bütövlüyünə istinad edərək bunun əleyhinə çıxır və özü üçün "qırmızı xətt" hesab edir".

M.Rzasoy