XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 15:56

“O, qələt edib, belə danışıb…” –Deputat qardaşı oğluna ağır cavab verdi

astan-sahverdiyev-5

Millət vəkili Astan Şahverdiyev qardaşı oğlunun açıqlamasına münasibət bildirib.

A. Şahverdiyev “Qafqazinfo” ya deyib ki, Nemət Şahverdiyevin dedikləri yalandır: “O, qələt edib, belə danışıb. Kimdir ki o? Nə olsun ki, mənim qardaşım oğludur? Dedikləri yalandır.

Mən "intervyü" verəndə yanımda başqa adamlar da olub. Atası da məni tənbeh etməyib. Amma ola bilsin ki, oğluna nəsə deyib. Ancaq onun dediklərinə fikir vermək lazım deyil. O uşağın psixoloji durumunda problemlər var”.

Xatırladaq ki, qardaşı oğlu bu gün açıqlama verərək, əmisini rüsvay edib.

O, sosial şəbəkədə belə açıqlama verib: “Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir".

O əlavə edib ki, insanların əmisinin sözlərinə görə narazılığını başa düşür: “Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.

Qeyd edək ki, deputat “Azadlıq” radiosuna müsahibəsində belə demişdi: “Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.