Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov Donbasda vəziyyətin nizamlanması üzrə danışıqlar prosesində ölkəsinin yardımını təklif edib.
Strateq.az xəbər verir ki, nazir dialoq üçün müvafiq platformanı təmin etməyə hazır olduqlarını bəyan edib.
Y.İdrisov deyib: "Qazaxıstan Ukraynanın cənub-şərqində baş verən hadisələrlə əlaqədar dost ölkə üçün narahatlıq keçirir və münaqişənin sülh yolu ilə həllini diqqətlə izləyir. Bu münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlyünü anlamaq çox vacibdir. Bundan ötrü Minsk sazişinin tam və ciddi şəkildə həyata keçirilməsi təmin edilməlidir".
O, həmçinin xatırladıb ki, böhranın gücləndiyi dövrdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin münaqişədən kənarda qala bilməyib və onun həlli üçün iki dəfə razılaşma əldə edilməsinə nail olub.
"Mən, Qazaxıstanın bundan sonra da sülh prosesini təşviq edəcəyinə və dialoq üçün müvafiq platforma təmin etməyə hazır olduğuna əmin etmək istəyirəm", – Y.İdrisov deyib.
M.Rzasoy