XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 23:27

“Bild” qəzetindən iddia:“Kissincer Vaşinqtonla Moskva arasında vasitəçi olacaq”

abs-rus

Donald Trampın hakimiyyəti dövründə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Ağ Evlə Kreml arasında vasitəçi rolunu oynayacaq, o cümlədən Ukraynada vəziyyətin nizamlanması planının tərtibində iştirak edəcək.

Bu barədə Almaniyanın “Bild” qəzeti ABŞ-ın yeni seçilmiş prezidentinin komandasındakı mənbəyə istinadən yazıb.

“Kissincer ABŞ ilə Rusiya arasında vasitəçi olmalıdır. Tramp Kremlə yaxınlaşmağa can atır”, – yazan qəzet Kissincerin soyuq müharibə təhlükəsi və Trampın Çin rəhbərliyi ilə mürəkkəb münasibətləri fonunda sabiq dövlət katibinin təcrübəsinin mühümlüyünü qeyd edir.  

“Kissincer Putini Berlin divarının uçurulması dövründən tanıyır. O, Rusiya lideri ilə mütəmadi olaraq görüşən nadir amerikalılardan biridir”, qəzet yazıb.

APA