XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 15:31

Prezident İlham Əliyevin bacısı oğlunun idman karyerası –VİDEO, FOTOLAR

ilham-bacisi-oglu

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev haqqında maraqlı məlumat yayılıb.

Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azər Əliyev, həm də peşəkar idmançıdır.

Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər Əliyev qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.

2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

Baku.ws