XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 00:04

General Hüseyn Dehqani:"Rusiyanın "Həmədan" bazasından yenidən istifadəsinə baxıla bilər"

huseyn-dehqan

İran “Həmadan” bazasının Rusiya aviasiyasının istifadəsinə verilməsi məsələsinə yenidən baxmağa hazırdır. 

APA-nın xəbərində görə, bunu RT telekanalına müsahibəsində İranın müdafiə naziri general Hüseyn Dehqan deyib.    

O, qeyd edib ki, İran terrorla mübarizədə Rusiya ilə əməkdaşlıq etdiyinə görə, bu ölkəyə məxsus hərbi təyyarələrin uçuş-enişinə “bəzi güzəştlər” tətbiq edib.   

“Zərurət yaranacağı təqdirdə, istənilən an və əgər Rusiya həmin güzəştlərin təkrar tətbiq edilməsini xahiş edərsə, biz, vəziyyəti nəzərə alaraq, məsələyə baxacağıq və müvafiq qərar verəcəyik”, – deyə nazir qeyd edib.       

Hüseyn Deqhan İranın bazalarının istənilən vaxt istifadəsinə dair Rusiya ilə saziş imzalamadığını bildirib: “Lakin İran bu məsələdə yardım etməyə hazırdır”.