Yeni Azərbaycan Partiyası parlament seçkilərində dəstək verəcəyi namizədlərdən biri 125-lər” Siyasi Klubunun üzvü, yazıçı Aysel Əlizadədir.
Strateq.az bildirir ki, hakim partiya onun adını özünün bu gün açıqladığı namizəd siyahısına daxil edib.
Klubun təsisçilərindən biri olan, yazar Aysel Əlizadə bu il keçiriləcək 5-ci çağırış parlament seçkilərində 8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizəd olacaq.
Həmin dairənin hazırda deputatı Milli Məclisin sədri Oqtay Əsədovun namizədliyi isə 45 saylı Abşeron seçki dairəsindən verilib.