XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2016 - 23:47

ABŞ-dan şok qərar:Rusiyanın 35 diplomatına bu ölkəni tərk etmək üçün 72 saat vaxt verib

usa

ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır.

Bu barədə “Röyters”ə Amerika administrasiyasından bildirilib.    

Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar. 

Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar. 

Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.  

APA