''Terrorçuların məğlub olmasına qədər Suriyada qalacağıq".
Bunu Livanın "Hizbullah" hərəkatı Siyası Şurasının sədri İbrahim Əmin əl-Seyyid deyib.
Strateq.az xəbər verir ki, Türkiyənin "Hizbullah" da daxil olmaqla, bütün xarici qüvvələrin Suriyanı tərk etmələri tələbinə qurumun rəsmisi belə cavab verib: ''Biz ABŞ, Səudiyyə Ərəbistanı və ya Türkiyənin qərarı ilə Suriyaya gəlməmişik. Suriya hökuməti ilə əməkdaşlıq çərçivəsində terrorçularla mübarizə üçün oradayıq. Məqbul zamanda Suriyadan çıxarıq, lakin Türkiyənin istəyini yerinə yetirməyə məcbur deyilik".
M.Rzasoy