Suriyanın xarici işlər naziri Vəlid Müəllim ölkəsində əldə olunan atəşkəslə bağlı bəzi şübhələrini dilə gətirib.
Strateq.az xəbər verir ki, dövlət televiziyasına açıqlamasında V.Muallim, "əl-Nusra" və İŞİD-in fərqləndirilməsini müqaviləni imzalayan qrupların işi olduğunu bildirib.
Sözünün davamında o, əlavə edib: "Atəşkəs sazişində Rusiyanın zəmanətinə inanırıq, çünki bu ölkə terrorla mübarizədə müttəfiqimizdir. Amma Türkiyənin zəmanətinə şübhəmiz var".
M.Rzasoy