XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2016 - 13:42

Belarusda çevriliş planı olub? –Lukaşenkonun Sankt-Peterburqa niyə getmədiyi haqda şok iddia

lukasenko-3

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İttifaqı liderlərinin sammitinə ölkədə baş verə biləcək çevriliş təhlükəsi ilə əlaqədar qatılmayıb.

Bunu Ukraynanın “Qordon” portalına müsahibəsində Belarusdan olan müxalif lider Dmitri Bondarenko söyləyib.

“Çoxları Lukaşenkonun sözlərinə diqqət etmədi. O dedi ki, Sankt-Peterburqa ölkədə təhlükəsizliyi təmin etmək üçün getməyəcək. Elə həmin gün ölkənin güc strukturlarının rəhbərləri ilə iclas keçirdi. Görünür, o, bilirdi ki, səfər zamanı çevriliş ola bilər”, – Bondarenko bildirib(Axar.az).

Qeyd edək ki, Rusiyada Avrasiya İttifaqı liderlərinin görüşü keçirilib. Görüşə Belarus liderindən başqa bütün dövlət başçıları qatılıb.

Avrasiya İttifaqına 5 ölkə (Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) üzvdür.