XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 15:42

ABŞ-ın Minsk qrupunda yeni həmsədri təyin olundu –Müvəqqəti

ricard-atet

ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək.

Hazırkı həmsədr Ceyms Uorlikin səlahiyyət müddəti dekabrın 31-də başa çatır.

Daimi həmsədrin adı isə yaxın vaxtlarda məlum olacaq.

Riçard Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb.

APA