XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 20:55

ABŞ Rusiyadakı diplomatlarla bağlı gərginliyə şərh vermədi:"Buna hər hansı əlavəmiz yoxdur"

departament

ABŞ administrasiyası Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına  cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarı ilə tanış olub.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Qərardan xəbərimiz var. Buna hər hansı əlavəmiz yoxdur”, – deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik üzrə Şurası Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib. 

Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

APA