XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 21:42

Bill Geyts:«Dünyanı ölümcül qrip epidemiyası gözləyir»

Amerikalı milyarder Bill Geyts dünyanı ölümcül qrip epidemiyasının gözlədiyi barədə həyəcanlı açıqlama verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Geyts yaxın illərdə insanların bu təhlükəli virusla üz-üzə qalacağını deyib.

Bill Geyts ehtiyat edir ki, dünya bu virusa vaxtında reaksiya verməyə və proses faciə ilə nəticələnə bilər. 

"Qorxuram ki, bu ölümcül epidemiya yaxın 10 ildə baş verə bilər. İndi bəşəriyyət tibbin müasir imkanlarına sahibdir. Amma insanlar çox sürətlə yayılacaq bu ölümcül xəstəliyə çətin ki effektiv reaksiya verə biləcəklər. Bu epidemiya faciə ilə sonlana bilər».

Geytsin sözlərinə görə, Ebola və Zika virusları dünyanın epidemiya qarşısında nə qədər dirənişsiz olduğunu ortaya qoydu: «Beynəlxq birlik ən qısa zamanda yeni dərman və peyvəndlər hazırlamalıdır».