XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 22:07

Rusiya ABŞ-dan qovulan diplomatları üçün prezident təyyarəsi göndərir– 96 nəfər qayıdır

Rusiya qovulan diplomatlarını ölkəyə gətirmək üçün ABŞ-a xüsusi təyyarə göndərir.
 
Strateq.az
xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, Rusiya prezidentinin sərəncamında olan təyyarə 96 nəfəri vətənə gətirəcək. Onlardan 35-i diplomatlar, qalanları onların ailə üzvləridir.

Qeyd edək ki, qovulan diplomatlar yeni illə əlaqədar bilet tapa bilmədikləri üçün geri dönə bilmirdilər. Xüsusi təyyarə göndərilməsəydi, onlar bayramı hava limanında keçirməli olacaqdılar.

Xatırladaq ki, ABŞ Moskvadakı Amerika diplomatlarının sıxışdırılmasına cavab olaraq 35 rus diplomatı ölkədən qovub və Rusiyanın Nyu-York və Merlilenddəki iki diplomatik şəhərciyini bağlayıb.

Diplomatlara ABŞ-ı tərk etmələri üçün 72 saat vaxt verilib.

Bu gün Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a qarşı analoji addım atıb Rusiyadakı 35 amerikalı diplomatı ölkədən çıxarmağı təklif etsə də, Putin bununla razılaşmayıb. O, «mətbəx siyasəti» səviyyəsinə enməyəcəyini, amerikalı diplomatları geri göndərməyəcəyini bildirib.