XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2016 - 11:15

Tramp Putinin qərarını alqışladı:«Bilirdim ki, ağıllı adamdır»

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarını alqışlayıb.

«Cavab olaraq əla gedişdir. Mən həmişə bilirdim ki, o çox ağıllı adamdır», deyə Tramp «Twitter» hesabından yazıb.
  
Xatırladaq ki, ABŞ Moskvadakı Amerika diplomatlarının sıxışdırılmasına cavab olaraq 35 rus diplomatı ölkədən qovub və Rusiyanın Nyu-York və Merlilenddəki iki diplomatik şəhərciyini bağlayıb. 

Diplomatlara ABŞ-ı tərk etmələri üçün 72 saat vaxt verilib.

Dünən Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a qarşı analoji addım atıb Rusiyadakı 35 amerikalı diplomatı ölkədən çıxarmağı təklif etsə də, Putin bununla razılaşmayıb.

Rusiya prezidenti «mətbəx siyasəti» səviyyəsinə enib amerikalı diplomatları geri göndərməyəcəyini bildirib.

Strateq.az