XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2016 - 14:54

Azərbaycan və Avropa Komissiyası arasında saziş təsdiqləndi- FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə fərman imzalayıb.

İqtisadiyyat Nazirliyinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərəcək.