İstanbul terrorunun ilk görüntüləri yayılıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni ilin ilk saatlarında İstanbulun məşhur əyləncə məkanlarından olan «Reina»ya silahlı hücum olub.
Gecə klubuna girən silahlılar bayramı qeyd etməyə gələn insanlara atəş açıblar. Hadisə nəticəsində 35 nəfər həyatını itirib, 40-a yaxın insan xəsarət alıb.
Ölənlərdən biri polis əməkdaşıdır.